Epşteyn sənədləri Türkiyənin Suriya planını üzə çıxardı
Ceffri Epşteyn işi üzrə fayllarda aşkar edilən sənədlər Türkiyənin Suriya müharibəsindən əvvəlki dövrdə apardığı diplomatik səylərə yeni işıq salır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Yeni Şafak" nəşri yazıb.
Məlumata görə, sənədlər arasında Türkiyənin o dövrdəki xarici işlər naziri Əhməd Davudoğlu ilə BMT-nin baş katibi Pan Gi Mun arasında 2011-ci ildə baş tutmuş gizli telefon danışığının protokolları da yer alır.
Həmin dövrdə Türkiyə Bəşər Əsədi islahatlar aparmağa çağırsa da, bu vədlərin yerinə yetirilmədiyi bildirilir. Protokollara əsasən, Davudoğlu Suriyaya iki mümkün yol təklif edildiyini qeyd edib: aydın vaxt cədvəli olan təcili islahatlar və ya Səddam Hüseyn və Müəmmər Qəddafi dövrlərində olduğu kimi beynəlxalq təcrid ssenarisi.
Nəşr yazır ki, bu sənədlər Ankaranın Suriya böhranı başlamazdan əvvəl diplomatik kanallar vasitəsilə vəziyyətin qarşısını almağa çalışdığını göstərir.
15:03 05.02.2026
Oxunuş sayı: 585