Melaniya Tramp: Ukraynalı uşaqların Rusiyadan qaytarılması istiqamətində işlər davam edir
ABŞ-ın birinci xanımı Melaniya Tramp ukraynalı uşaqların Rusiyadan Ukraynaya qaytarılması üçün Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafı ilə əlaqə saxlamaqda davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki,bu barədə " Reuters agentliyi" məlumat yayıb.
Melaniya Trampın sözlərinə görə, proses davam edir və yaxın vaxtlarda müsbət nəticələrin əldə olunacağına ümid var. Ağ Ev isə açıqlayıb ki, bu istiqamətdə təmaslar ötən ilin avqustunda Donald Trampın Vladimir Putinə göndərdiyi məktubdan sonra intensivləşib.
Qeyd edək ki, Melaniya Trampın təşəbbüsü çərçivəsində kampaniya başlayandan bəri 15 ukraynalı uşaq ölkəsinə qaytarılıb. Onlardan 7-si dekabr ayında Ukraynaya geri dönüb.
14:22 05.02.2026
Oxunuş sayı: 450