ABŞ Prezidenti Donald Tramp İranın ötən il ABŞ və İsrailin hava zərbələrindən sonra nüvə proqramını yenidən canlandırmağa cəhd göstərə biləcəyinə inanır.
Crossmedia.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, iyun ayında İranın nüvə obyektlərinə zərbələr endirilməsi barədə göstəriş verən Tramp, ABŞ-nin növbəti hərbi əməliyyatlar keçirməsini istisna etməyib. Jurnalistin İranın ali liderinin “narahat olmalı olub-olmaması” ilə bağlı sualına cavab verən Tramp “çox narahat olmalıdır” deyib və əlavə edib ki, Tehran hazırda Vaşinqtonla danışıqlar aparır.
ABŞ prezidenti vurğulayıb ki, əgər İran nüvə fəaliyyətini bərpa edərsə, Vaşinqton yenidən güc tətbiq etməyə hazır olacaq. Bu açıqlama ABŞ–İran münasibətlərində gərginliyin davam etdiyini və nüvə məsələsinin əsas risk faktoru olaraq qaldığını göstərir.