Tehrandan Vaşinqtona xəbərdarlıq: ABŞ qüvvələri bölgəni tərk etməlidir
İranın nüvə danışıqları üzrə qrupunun keçmiş müşaviri Məhəmməd Marandi ABŞ-nin Fars körfəzi bölgəsindəki hərbi mövcudluğunu sərt tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Marandi X sosial şəbəkəsində paylaşım edərək bildirib ki, ABŞ qüvvələrinin bölgədə yerləşən bütün hərbi bazaları dərhal tərk etməsinin vaxtı çatıb.
“ABŞ qüvvələrinin Fars körfəzi bölgəsində yerləşən bütün hərbi bazaları dərhal tərk etməsi lazımdır”, – deyə o vurğulayıb.
Açıqlama İran–ABŞ münasibətlərində gərginliyin davam etdiyi bir dövrdə səsləndirilib və Vaşinqtonun bölgədəki hərbi mövcudluğuna qarşı Tehranın sərt mövqeyini bir daha ortaya qoyub.
12:06 05.02.2026
Oxunuş sayı: 593