Mələyin baş nazirə bənzəməsinə görə araşdırma başladıldı
Bərpadan sonra freskadakı mələyin üzününü Baş nazir Corciya Meloniyə bənzəməsi İtaliya hökumətini hərəkətə keçirib.
Crossmedia.az xəbər verir ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.
İtaliya Mədəniyyət Nazirliyi Romanın mərkəzində yerləşən Luçina şəhərindəki San Lorenzo Bazilikasının kilsəsindəki freskanı yoxlamaq üçün mütəxəssislər göndərib. Roma yeparxiyası isə məyusluğunu bildirib və məsul şəxsləri tapacağına söz verib.
Rəssam Bruno Valentineti bildirib ki, o, sadəcə 2000-ci ildə çəkdiyi freskanı bərpa edib və mələyi baş nazirə bənzətmək üçün heç bir cəhd göstərməyib. (Unikal)
10:02 05.02.2026
Oxunuş sayı: 721