Böyük güclər İran məsələsini müzakirə etdi
Rusiya Prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının Sədri Si Cinpin və Ağ Ev rəhbəri Donald Tramp bu gün İran ətrafında yaranmış vəziyyəti müzakirə ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Əvvəlcə Si Cinpin və Vladimir Putin arasında videokonfrans formatında görüş baş tutub.
Daha sonra Si Cinpinlə Donald Tramp arasında telefon danışığı, səhər saatlarında isə Tramp və Putin arasında İran məsələsi ilə bağlı ayrıca müzakirə aparılıb.
Danışıqların əsas mövzusunun İran ətrafında artan gərginlik, regional təhlükəsizlik və mümkün diplomatik addımlar olduğu bildirilir. Görüşlərin detalları ilə bağlı rəsmi açıqlama verilməyib.
21:50 04.02.2026
Oxunuş sayı: 406