Qafqaz ölkəsi regionun əsas hava gücünə çevrilir
İsveç istehsalı olan müasir "Gripen E/F" hücum qırıcılarının Qafqaz ölkələrindən birinə satılması gündəmdədir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, mümkün anlaşmanın ümumi dəyəri 6,5 milyard dollar təşkil edir.
Razılaşma çərçivəsində sözügedən ölkə 48 ədəd "Gripen E/F" qırıcısı əldə edəcək.
Bu addım həmin dövləti regionun aparıcı hava güclərindən birinə çevirə bilər.
Məlumata əsasən, təyyarələrin 2029-cu ildə təhvil verilməsi planlaşdırılır. Ekspertlər hesab edirlər ki, bu sövdələşmə Qafqazda hərbi-strateji balansın dəyişməsinə təsir göstərə bilər.
20:17 04.02.2026
Oxunuş sayı: 1434