Türkiyə və Misir prezidentləri ticarət dövriyyəsinin artırılmasını müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirədə misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşüb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Səfər ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və Ankara ilə Qahirə arasında, əsasən iqtisadi sahədə strateji əməkdaşlığın inkişaf etdirilməsinə həsr olunub.
Danışıqlar zamanı tərəflər ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması üçün tədbirləri müzakirə etmək və hər iki ölkənin sahibkarlarının iştirakı ilə Türkiyə-Misir biznes forumu keçirmək niyyətindədirlər.
Bundan əlavə, Şərqi Aralıq dənizində karbohidrogen layihələrinə birgə investisiya qoyuluşu perspektivlərini, eləcə də kənd təsərrüfatı, turizm və müdafiə sənayesi sahələrində tərəfdaşlığın genişləndirilməsini müzakirə etmək üçün Strateji Əməkdaşlıq üzrə Ali Şuranın ikinci iclası planlaşdırılır.
20:06 04.02.2026
Oxunuş sayı: 1891