Zaxarova xəbərdarlıq etdi, müharibənin miqyası genişlənə bilər
Ukraynaya "könüllülər koalisiyasının" qoşunlarını yerləşdirmək planları açıq hərbi müdaxilədir.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O, NATO-nun baş katibi Mark Ruttenin sülh razılaşması əldə edildikdən sonra "könüllülər koalisiyası"nın qoşunlarının, silahlarının, hava qüvvələrinin və dəniz qüvvələrinin dərhal Ukraynaya gələcəyi barədə açıqlamasına cavab olaraq bildirib.
Nazirliyin sözçüsü əlavə edib ki, "könüllülər koalisiyası"nın qoşunlarına Böyük Britaniya və Fransa rəhbərlik edəcək.
19:41 04.02.2026
Oxunuş sayı: 1650