Rusiya peykləri Avropa kosmik gəmilərini izləyir – Siqnal kəşfiyyatı şübhəsi
Son üç ildə iki Rusiya peyki - "Luch-1" və "Luch-2" - Avropa kosmik gəmilərindən gələn siqnalları ələ keçirməkdə şübhəli bilinir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, onlar dəfələrlə Avropa geostasionar peyklərinə riskli yanaşmalar ediblər və uzun müddət onların yaxınlığında qalıblar.
2023-cü ildə buraxıldığı gündən bəri "Luch-2" ən azı 17 Avropa peykinə yaxınlaşıb.
Almaniya iddia edir ki, hər iki peyk siqnal kəşfiyyatı ilə məşğul ola bilər. Rəsmilər məxfi məlumatların sızmasından, eləcə də peyklərin orbitlərini manipulyasiya etmək və ya onları sıradan çıxarmaq cəhdlərindən ehtiyat edirlər.
18:41 04.02.2026
Oxunuş sayı: 1252