Miqrasiya naziri sərt tədbirlər açıqladı: Qanunsuz ibadət yerləri bağlanacaq
Yunanıstanın miqrasiya və sığınacağı naziri Tanos Plevris icazəsiz fəaliyyət göstərən məscidlərə qarşı genişmiqyaslı mübarizə elan edib. O bildirib ki, ölkə qanunlarının daha sərt tətbiqi çərçivəsində bütün belə yerlər bağlanacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Yunanıstanda yalnız bir lisenziyalı məscid tanınır. Son illərdə Banqladeş və Pakistan vətəndaşları tərəfindən əsasən yaşayış binalarında və zirzəmilərdə onlarla qanunsuz ibadət məkanı yaradılıb.
Plevris hökumətin qanunsuz məscidləri möhürləyəcəyini və lazım olduqda sökəcəyini, onları idarə edən xarici vətəndaşların isə cinayət məsuliyyətinə cəlb olunacağını açıqlayıb.
Nazir həmçinin xəbərdarlıq edib ki, belə şəxslərin yaşayış icazələri ləğv ediləcək və deportasiya ediləcəklər.
18:35 04.02.2026
Oxunuş sayı: 1412