Gürcüstan–ABŞ münasibətlərində dönüş nöqtəsi?- Tbilisidən yol xəritəsi təklifi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisinin ABŞ ilə strateji tərəfdaşlığını yeniləmək niyyətində olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Onun sözlərinə görə, Gürcüstan tərəfi bu barədə bir gün əvvəl ABŞ Dövlət Departamentində keçirilən danışıqlar zamanı müzakirə edib.
"Tərəfimiz də açıq şəkildə dediyimiz eyni şeyləri danışıb. ABŞ ilə strateji tərəfdaşlığımızı yeni səhifədən, konkret yol xəritəsi ilə yeniləmək istəyirik. Biz də öz tərəfimizdən əlimizi uzadırıq və səbirlə cavab gözləyirik. Ümid edirəm ki, Amerika tərəfindən cavab olacaq. Bunlar bizim nikbin gözləntilərimizdir. Görəcəyik ki, işlər necə inkişaf edəcək", - Kobaxidze deyib.
17:50 04.02.2026
Oxunuş sayı: 1337