İran XİN rəhbəri misirli həmkarı ilə bu məsələləri müzakirə etdi
İran və Misir regional vəziyyəti müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat İran Xarici İşlər Nazirliyi rəhbərinin “Telegram” kanalı vasitəsilə yayılıb.
Məlumata görə, bu gün İranın xarici işlər naziri Abbas Əraqçı ilə misirli həmkarı Bədr Əbdülati arasında telefon danışığı baş tutub. Tərəflər söhbət zamanı bölgədə baş verən son proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Danışıq zamanı İranın xarici işlər naziri gərginliyin azaldılması və regional sabitliyin qorunmasında bölgə ölkələrinin konstruktiv və koordinasiyalı rolunun vacibliyini vurğulayıb, bu istiqamətdə Misirin apardığı diplomatik səyləri və irəli sürdüyü təşəbbüsləri yüksək qiymətləndirib.
Öz növbəsində Misirin xarici işlər naziri ölkəsinin regionda sülh və sabitliyin qorunmasına sadiq olduğunu bildirib və Misirin istənilən diplomatik həll yolunu dəstəkləməyə hazır olduğunu qeyd edib.
17:21 04.02.2026
Oxunuş sayı: 759