Simonyan və Lavrov Moskvada görüşəcək
Ermənistan parlamentinin sədri Alen Simonyan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada görüşəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşün gündəliyi və dəqiq tarixi ilə bağlı əlavə detallar hələ açıqlanmayıb. Məlumata görə, tərəflərin regional və beynəlxalq gündəmlə bağlı bir sıra məsələləri müzakirə edəcəyi gözlənilir.
Rusiya XİN qeyd edib ki, görüş planlı xarakter daşıyır və işgüzar formatda keçiriləcək.
16:44 04.02.2026
Oxunuş sayı: 481