Rusiya Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması imkanının açıq qaldığını bəyan edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva diplomatik həll variantını istisna etmir. Lakin onun sözlərinə görə, Kiyev müvafiq siyasi qərarlar qəbul edənə qədər Rusiya strateji hərbi əməliyyatlarını davam etdirir.
Peskov vurğulayıb ki, hazırkı mərhələdə təşəbbüs Ukrayna tərəfinin əlindədir və real addımlar atılmadığı müddətdə hərbi-siyasi vəziyyət dəyişməyəcək.
Kremlin açıqlaması Rusiya-Ukrayna müharibəsi fonunda mümkün danışıqlar perspektivləri ilə bağlı müzakirələrin yenidən gündəmə gəldiyi bir dövrə təsadüf edir.