Polşa Epşteyn işi ilə bağlı hökumət komissiyası yaradıb
Polşa hökuməti amerikalı milyarder Ceffri Epşteynlə bağlı iddiaları araşdırmaq üçün xüsusi hökumət komissiyası yaradıb. Müvafiq qərarı ölkənin Baş naziri Donald Tusk verib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reçpospolita"ya istinadən xəbər verir.
Məlumata görə, komissiyanın yaradılması ABŞ-də Epşteyn işi üzrə yeni sənədlərin dərc olunmasından sonra baş verib. Yeni materiallarda milyarderin ətrafı ilə müxtəlif ölkələrin vətəndaşları arasında mümkün əlaqələrə dair iddialar yer alıb.
Komissiya ABŞ məhkəmələrində və mediada səsləndirilən məlumatlara əsasən, Polşa vətəndaşları ilə Epşteynin çevrəsi arasında mümkün əlaqələrin olub-olmadığını araşdıracaq. Araşdırmanın məqsədi iddiaların doğruluğunu müəyyənləşdirmək və zəruri hallarda hüquqi addımların atılmasını təmin etməkdir.
Qeyd edək ki, Polşa Epşteyn işi ilə bağlı rəsmi hökumət komissiyası yaradan ilk ölkə kimi diqqət çəkir.
12:10 04.02.2026
Oxunuş sayı: 571