İran: Müdafiə qabiliyyəti danışıqlar mövzusu deyil
İranın adı açıqlanmayan diplomatik mənbəsi bildirib ki, Tehran cümə günü ABŞ ilə keçirilməsi planlaşdırılan danışıqlara nə nikbin, nə də pessimist yanaşır. Mənbənin sözlərinə görə, İran müdafiə qabiliyyəti ilə bağlı məsələlərin danışıqlar masasına çıxarılmasını qəti şəkildə istisna edir.
Crossmedia.az bu barədə "Əl-Ərəbiyyə"yə istinadən xəbər verir.
“Reuters” agentliyinə açıqlama verən mənbə qeyd edib ki, danışıqların əsas məqsədi İranın nüvə proqramı ətrafında uzun müddətdir davam edən mübahisələrin həlli və regionda yeni hərbi qarşıdurmanın qarşısının alınmasıdır.
Məlumata görə, ABŞ-nin bölgəyə iri hərbi gəmilər göndərməsi fonunda Tehran və Vaşinqton arasında diplomatik təmaslar yenidən aktivləşib.
Diplomatik mənbə vurğulayıb ki, danışıqlar yaxın perspektivdə təhlükəsizlik və nüvə məsələlərinin müzakirəsi baxımından faydalı ola bilər. Bununla belə, hərbi və müdafiə mövzularının gündəliyə daxil edilməyəcəyi açıq şəkildə bildirilib.
11:40 04.02.2026
Oxunuş sayı: 516