Siyasi məhbuslara əfv fərmanı verilib
Venesuela Prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigez ölkədəki siyasi məhbuslara ümumi əfv fərmanı verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fərman siyasi səbəblərlə həbs edilmiş şəxslərə şamil olunur, lakin ağır cinayətlərdə təqsirli olanlar istisna olunub.
Qanun layihəsi yaxın günlərdə Milli Assambleyada müzakirəyə çıxarılacaq.
11:14 31.01.2026
Oxunuş sayı: 452