Melaniya Trampın şok yazışması üzə çıxıb
Epşteyn işi ilə bağlı ictimaiyyətə açıqlanan sənədlərdə ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampın Gisleyn Maksuellə elektron məktublaşması yer alıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sənədlərə görə, Melaniya Tramp 23 oktyabr 2002-ci ildə Cefri Epşteynin yaxın çevrəsinə daxil olan Gisleyn Maksuellə e-poçt göndərib. Məktubda o, NY Magazine jurnalında Epşteyn (JE) haqqında dərc olunan yazıya toxunur, Maksuellin fotosunu tərifləyir və Palm Biçə səfərlə bağlı maraqlandığını bildirir. Həmçinin Maksuellin Nyu-Yorka qayıtdıqdan sonra onunla əlaqə saxlamasını xahiş edir.
Sözügedən yazışma Epşteyn işi çərçivəsində açıqlanan materiallar fonunda diqqət çəkib.
09:48 31.01.2026
Oxunuş sayı: 373