Təcili: Rusiya rəsmisindən Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycanla əlaqəni təmin edən dəmir yolu sahələrinin təmiri ilə bağlı müraciətləri operativ şəkildə nəzərdən keçirilir.
Crossmedia.az bu barədə Ermənistan KİV-nə istinadən məlumat verir.
Zaxarovanın sözlərinə görə, Rusiya tərəfi Ermənistan tərəfdaşları ilə, o cümlədən iqtisadi blok xətti üzrə daimi təmasdadır və İrəvandan daxil olan bütün sorğular aidiyyəti qurumlar tərəfindən çevik şəkildə işlənir.
“Tramp marşrutu” (TRIPP) məsələsinə toxunan Zaxarova qeyd edib ki, Moskva Rusiya Dəmir Yollarının (RJD) ekspertizasını nəzərə almaqla mümkün qoşulma variantlarını araşdırmağa hazırdır. Bununla yanaşı, onun sözlərinə görə, əvvəlcə bu təşəbbüsün detalları ilə diqqətlə tanış olmaq lazımdır, çünki layihə üzrə işlər hələ ilkin mərhələdədir.
O əlavə edib ki, bütün maraqlı qurumların iştirakı ilə konkret məsləhətləşmələrin aparılması ilə bağlı İrəvana ünvanlanan təklif də qüvvədə qalır.
Turqut Ansari
21:28 30.01.2026
Oxunuş sayı: 561