ABŞ Yaxın Şərqə təyyarə göndərir
Amerikaya məxsus yanacaqdaşıyan təyyarələr Yaxın Şərqə gəlməyə davam edir.
Crossmedia.az xəbər verir ki, bununla bağlı, “FlightRadar24” platforması məlumat verir.
Bu təyyarələr uzunmüddətli hava əməliyyatları zamanı hərbi təyyarələrin eniş etmədən havada yanacaq doldurması üçün nəzərdə tutulub.
Tanker təyyarələrin bölgəyə göndərilməsi İrana qarşı mümkün hərbi əməliyyatın hazırlanması ilə bağlı xəbərdarlıq kimi qiymətləndirilə bilər.
Bu hərbi addım, həm bölgədə gərginliyin artmasına, həm də Tehran-ABŞ münasibətlərində potensial qarşıdurmaya səbəb olacaq.
21:20 30.01.2026
Oxunuş sayı: 517