Avropa Parlamentindən sərt mesaj: SEPAH qərarı real hüquqi nəticələr doğuracaq
Avropa İttifaqının (Aİ)SEPAH-la bağlı qəbul etdiyi son qərardan sonra İrana qarşı sanksiya və təzyiq mexanizmlərinin koordinasiyasının gücləndirildiyi bildirilir.
Crossmedia.az BBC-ə istinadən xəbər verir.
Aİ-nin İranla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Hanna Nyuman qərara münasibət bildirərək bunun sadəcə simvolik addım olmadığını vurğulayıb.
Onun sözlərinə görə, qərar konkret və aydın hüquqi nəticələrə malikdir.
Nyuman qeyd edib ki, artıq hüquq-mühafizə orqanları SEPAH-la əlaqəli şəbəkələrə, agentlərə və bu əlaqələrdən iqtisadi fayda əldə edən şəxslərə qarşı tədbir görmək üçün lazımi hüquqi baza əldə ediblər.
O bildirib ki, bundan sonra İŞİD və ya HƏMAS kimi təşkilatlara tətbiq edilən hüquqi mexanizmlər SEPAH-a da şamil olunacaq.
Bu isə o deməkdir ki, SEPAH-la əməkdaşlıq edən şəxslər Avropa İttifaqı ərazisində cinayət məsuliyyəti ilə üzləşə bilərlər.
18:35 30.01.2026
Oxunuş sayı: 466