Əraqçıdan Vaşinqtona mesaj: İran dialoqa hazırdır, amma təhdid altında yox
İran xarici işlər naziri Abbas Əraqçı İstanbulda keçirilən mətbuat konfransında ABŞ ilə mümkün danışıqlarla bağlı açıqlama verib.
O bildirib ki, Vaşinqton müxtəlif vasitəçilər vasitəsilə dəfələrlə Tehranla danışıqlara başlamaq təşəbbüsü irəli sürüb və bu istəyi davamlı şəkildə təkrarlayır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Əraqçının sözlərinə görə, İran prinsip etibarilə danışıqlara qarşı deyil.
Lakin prosesin təhdid və təzyiq fonunda aparılmasını qəbul etməyəcək. Nazir vurğulayıb ki, ABŞ-nin ədalətli, qarşılıqlı hörmətə və bərabərhüquqlu yanaşmaya əsaslanan mövqe ortaya qoyması vacib şərtdir.
“Əgər qarşı tərəf təhdid dilindən imtina edib ədalətli danışıqlara hazır olarsa, İran heç vaxt diplomatiyadan imtina etməyib və bundan sonra da etməyəcək”, – deyə Əraqçı qeyd edib.
İran XİN rəhbəri əlavə edib ki, bu mövqe Tehranın regional sabitliyin qorunmasına və nüvə dialoqunun konstruktiv şəkildə davam etdirilməsinə sadiqliyini nümayiş etdirir.
18:10 30.01.2026
Oxunuş sayı: 464