İranın ali dini liderin müşaviri: Tehran bu qərara sərt cavab verəcək
İranın ali liderinin müşaviri Əli Şamxani bildirib ki, Avropa İttifaqının İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması Tehranın dərhal cavab tədbirləri görməsi ilə nəticələnəcək.
Crossmedia.az xəbər verir ki, Şamxani sosial şəbəkədə paylaşımında Qərbi terror anlayışını siyasi məqsədlər üçün təhrif etməkdə ittiham edib.
Onun sözlərinə görə, Qərbin Qəzzada “qətllərə yardım etməsi”, regionda “terrorizm yaratması” siyasət kimi təqdim olunur, SEPAH-ın İŞİD-lə mübarizəsi isə terrorizm kimi qiymətləndirilir ki, bu da ABŞ və Avropanın anlayışı necə dəyişdirdiyini göstərir.
İran rəsmisi bildirib ki, Aİ-nin qərarına cavab olaraq Tehranın tətbiq edəcəyi tədbirlər gecikdirilmədən həyata keçiriləcək.
Türkan Kərimli
17:33 30.01.2026
Oxunuş sayı: 577