Ərdoğandan təklif: Türkiyə İran–ABŞ arasında vasitəçi olur?
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkiyan ilə telefon danışığı zamanı Ankaranın regionda gərginliyin azaldılması üçün aktiv rol oynamağa hazır olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ərdoğan qeyd edib ki, Türkiyə İran ilə ABŞ arasında artan gərginliyin diplomatik yollarla aradan qaldırılması məqsədilə vasitəçilik təşəbbüsü göstərməyə hazırdır.
Türkiyə liderinin sözlərinə görə, dialoq və diplomatiya regionda sabitliyin təmin olunmasının yeganə yoludur və Ankara bu istiqamətdə üzərinə düşən məsuliyyəti yerinə yetirməyə hazırdır.
14:12 30.01.2026
Oxunuş sayı: 536