ABŞ-nin döyüş gəmisi İsrail limanına yaxınlaşdı – Bölgədə hərbi gərginlik artır
İsrailin 12-ci kanalı bildirir ki, ABŞ-nin DDG 119 Delbert D. Black döyüş gəmisi İsrailin Eilat limanına yanaşıb. Gəminin əsas məqsədi İsrail ordusu ilə birgə hərbi təlimlər keçirməkdir.
Crossmedia.az-ın məlumatına görə, bu təlimlər tərəflər arasında hərbi əməkdaşlığın gücləndirilməsi və regionda təhlükəsizlik koordinasiyasının möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Hərbi ekspertlər hesab edirlər ki, ABŞ-ın gəmilərinin regiona yerləşdirilməsi həm də strateji mesajdır və İsrailin müdafiə imkanlarına dəstək göstərməyi məqsəd qoyur.
14:07 30.01.2026
Oxunuş sayı: 402