Zelenski: Görüş təxirə salına bilər
Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna ilə Rusiya arasında keçirilməsi planlaşdırılan növbəti görüşün vaxtının və yerinin dəyişdirilə biləcəyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, görüşün bazar günü baş tutması nəzərdə tutulsa da, bu məsələdə hələlik dəqiq qərar yoxdur. Zelenski qeyd edib ki, tərəflər görüşün Əbu-Dabidə keçirilməsi barədə razılığa gəliblər və razılaşdırılmış bütün iştirakçıların prosesdə yer alması Ukrayna üçün prinsipial əhəmiyyət daşıyır.
“Razılaşdığımız hər kəsin iştirak etməsi bizim üçün çox vacibdir, çünki hamı rəy gözləyir. Lakin tarix və ya yer dəyişdirilə bilər. Çünki fikrimizcə, Amerika və İranla bağlı müəyyən proseslər gedir və bu proseslər tarixə təsir göstərə bilər”, – deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski görüşün konkret nə vaxt keçiriləcəyinə dair hazırda dəqiq məlumatın olmadığını da əlavə edib.
13:10 30.01.2026
Oxunuş sayı: 464