NYT: Çin İrana güclü kəşfiyyat dəstəyi göstərir
Çin hazırda İrana genişmiqyaslı kəşfiyyat dəstəyi verir və eyni zamanda özünün kosmik və peyk kəşfiyyatı imkanlarını aktiv şəkildə sınaqdan keçirir. The New York Times nəşrinin məlumatına görə, bu sahədə uzun illərdir mütləq lider sayılan ABŞ indiyədək real rəqiblə üzləşməsə də, Çin ilk dəfə ciddi alternativ kimi ortaya çıxıb.
Crossmedia.az xəbər verir ki, Pekin peyk və kosmik kəşfiyyat imkanlarını ilkin mərhələdə Rusiyanın Lvov və Odessa şəhərlərinə endirdiyi zərbələr zamanı test edib. Hazırda isə bu texnologiyalar ən həssas istiqamət üzrə — İranın dəstəklənməsində istifadə olunur.
Qeyd olunur ki, Çin tərəfindən təqdim edilən kəşfiyyat məlumatlarının effektivliyi yüksək qiymətləndirilir. Nəticədə İran ABŞ-ın mümkün hərbi və siyasi addımları barədə öncədən məlumat əldə edə bilir.
Məhz bu səbəbdən ABŞ-ın İrana qarşı planlaşdırılan hücumunun artıq üç dəfə təxirə salındığı və əməliyyat vaxtının dəyişdirildiyi bildirilir.
Analitiklər hesab edirlər ki, Çinin bu istiqamətdə fəallaşması Yaxın Şərqdə hərbi-strateji balansı dəyişdirə və ABŞ-ın uzun illər qoruduğu kəşfiyyat üstünlüyünə ciddi çağırış yarada bilər.
11:29 30.01.2026
Oxunuş sayı: 546