İran ABŞ-ni daxili zorakılıqlara görə tənqid edib
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ABŞ hökumətini ölkə daxilindəki zorakılıq hadisələrinə görə sərt şəkildə tənqid edib. O, xüsusilə Minnesota ştatının Minneapolis şəhərində federal polis və Göçmenlik və Gömrük Mühafizəsi (ICE) qüvvələrinin etirazçılara qarşı sərt davranışını insan hüquqlarının pozulması kimi qiymətləndirib.
Crossmedia.az-ın yaydığı məlumata görə , rəsmi sözçü bildirib ki, ABŞ özünü digər ölkələrdə insan hüquqlarını qoruyan kimi təqdim etsə də, ilk növbədə öz daxilində polis və federal orqanların etirazçılara qarşı necə davrandığını gözdən keçirməlidir.
Bu bəyanat Minneapolisdə federal agentlərin etirazlar zamanı tətbiq etdikləri güc və nəticədə ABŞ vətəndaşlarının ölümü ilə əlaqədar qlobal tənqidlər fonunda verilib. Minnesota şəhərində federal əməliyyatlar çərçivəsində iki nəfərin — Alex Pretti və Renée Good adlı vətəndaşın — federal agentlər tərəfindən öldürülməsi ölkə daxilində və xaricdə ciddi reaksiyalar doğurub.
İran tərəfi həmçinin Avropa İttifaqının İran silahlı qüvvələri barədə beynəlxalq hüquq pozuntuları ilə bağlı ittihamlarını məsuliyyətsiz adlandıraraq, bunun nəticələrinin olacağını qeyd edib.
10:48 30.01.2026
Oxunuş sayı: 652