İran rəsmilərinə ABŞ-də yaşamaq qadağan olunur?
ABŞ Dövlət Departamenti İranın yüksək vəzifəli rəsmiləri və onların ailə üzvləri üçün Amerikaya səfərlə bağlı mövcud imtiyazların ləğv ediləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Departamentin “X” sosial şəbəkə hesabında yayımlanan məlumata görə, ABŞ dövlət katibi Marko Rubio bu həftə İran rəsmiləri və onların ailə üzvlərinin ABŞ-də qalmasına imkan verən güzəştlərin dayandırılması istiqamətində addım atıb.
Dövlət Departamentinin açıqlamasında qeyd olunub ki, İran xalqı əsas hüquqları uğrunda mübarizəni davam etdirdiyi bir vaxtda, İran hakimiyyətinin siyasətindən faydalanan şəxslərin ABŞ-nin miqrasiya sisteminin üstünlüklərindən yararlanması qəbuledilməz hesab olunur.
Bununla belə, qərarın konkret olaraq hansı imtiyazlara şamil edildiyi barədə ətraflı məlumat verilməyib. Məhdudiyyətlərin yalnız viza güzəştlərini, yoxsa daimi yaşayış icazəsi (Green Card) və ya digər miqrasiya imkanlarını da əhatə edib-etmədiyi hələlik açıqlanmır.
09:47 30.01.2026
Oxunuş sayı: 328