Tramp Putindən Kiyevlə bağlı xahiş edib
ABŞ prezidenti Donald Tramp Rusiyalı həmkarı Vladimir Putindən bir həftə ərzində Kiyevdə və Ukraynanın bir neçə digər şəhərindəki hədəflərə hücum etməməyi xahiş etdiyini bildirib .
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Mən şəxsən prezident Putindən bir həftə ərzində Kiyevdə və digər şəhərlərdəki hədəfləri atəşə tutmamasını xahiş etdim", - deyə o, nazirlərlə görüşü zamanı bildirib.
Ağ Ev rəhbəri ,həmçinin Ukrayna ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş olduğunu açıqlayıb.
22:23 29.01.2026
Oxunuş sayı: 404