Lavrov BMT-yə müraciət etdi: Donbas və Krım əhalisinin öz müqəddəratını təyinetmə hüququ tanınsın
Rusiya Birləşmiş Millətlər Təşkilatına müraciət edərək Donbas, Novorossiya və Krım əhalisinin öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə bağlı mövqe istəyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov qeyd edib ki, Qərb Kosovoda referendum keçirmədən müstəqilliyi tanıyıb.
Lakin Krımda isə qaydalara uyğun referendum keçirildiyi halda, Qərb bunun legitimliyini qəbul etməyib.
O əlavə edib: “Kosovoda sadəcə Kosovo artıq müstəqildir deyildi və serb xalqının tarixi nəzərə alınmadı. Krımda isə bütün prosedurlar qanuni şəkildə həyata keçirildi, amma Qərb fərqli yanaşdı.”
22:00 29.01.2026
Oxunuş sayı: 478