Trampdan əminlik: Rusiya-Ukrayna arasında sülh əldə ediləcək
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin həll olunacağına əminliyini ifadə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
“Düşünürəm çoxları razılaşar ki, bu, ABŞ tarixində istənilən administrasiyanın ən uğurlu ilk ili olub. Əvvəllər heç vaxt belə ilk il olmayıb. Səkkiz münaqişənin qarşısını aldığımızı və daha birinin yolda olduğunu düşündüyümüzü nəzərə alaraq bunu deyirəm" - deyə o, Ağ Evdə katiblərin görüşü zamanı bildirib.
Onun komandası, xüsusən də ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkof və Amerika liderinin kürəkəni Cared Kuşner bu məsələ üzərində çalışırlar.
21:35 29.01.2026
Oxunuş sayı: 462