ABŞ–İran gərginliyinin mərkəzində raket mübahisəsi
ABŞ və İran arasında artan gərginliyin əsas səbəbinin Vaşinqtonun Tehrandan ballistik raketlərin mənzilinin azaldılmasını tələb etməsi olduğu bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası İranın raket proqramını region və qlobal təhlükəsizlik üçün ciddi təhdid hesab edir.
Xüsusilə İranın ballistik raketlərinin mənzilinin artıq 3000 kilometri keçməsi və daha uzaq mənzilli raketlərin sınaqdan keçirilməsi Vaşinqtonda ciddi narahatlıq doğurur.
İran isə bu tələbi qəti şəkildə rədd edib.
20:51 29.01.2026
Oxunuş sayı: 754