SEPAH rəsmi olaraq terror təşkilatı elan edilib
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilatlar siyahısına daxil etmək barədə qəti qərar qəbul ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas bildirib
O repressiyaların cavabsız qalmamalı olduğunu vurğulayaraq, bu addımı SEPAH-ın etirazçılara qarşı repressiya və zorakılıqdakı roluna cavab adlandırıb.
Qərar bir neçə dəqiqə əvvəl Avropa Birliyi tərəfindən rəsmi olaraq elan edilib.
20:30 29.01.2026
Oxunuş sayı: 517