Avropa alternativ qaz mənbələri axtarışına çıxıb
Avropa İttifaqı (Aİ) Amerika mayeləşdirilmiş təbii qazından (LNG) artan asılılığından getdikcə daha çox narahatdır.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen bildirib.
Yorgensen əlavə edib ki, son hadisələr hazırda mayeləşdirilmiş təbii qaz tədarükünün yarıdan çoxu üçün ABŞ- dən asılı olan Aİ üçün oyanış zənginə çevrilib .
Təşkilat hazırda Kanada, Qətər və Şimali Afrika ölkələrindən qaz tədarükünün artırılması variantlarını fəal şəkildə nəzərdən keçirir.
20:24 29.01.2026
Oxunuş sayı: 715