Lavrovdan sərt mesaj: NATO-nun mövcudluğuna ehtiyac qalmayıb
NATO ilə ABŞ arasındakı münasibətlərdəki gərginlik təşkilat üçün problemdir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına verdiyi müsahibədə bildirib.
"İttifaq atavizmdir, keçmiş dövrün qalığıdır. Varşava Paktı dağılanda Sovet İttifaqı mövcudluğunu dayandırdı, bütün sovet respublikaları müstəqil oldu və NATO-nun saxlanmasının istənilən məqamı tamamilə yox oldu", - deyə o qeyd edib.
20:10 29.01.2026
Oxunuş sayı: 665