ABŞ Mərkəzi Asiya ölkələrinə qarşı ticarət məhdudiyyətlərini ləğv etməyə hazırdır
29 yanvar tarixində Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, administrasiya Mərkəzi Asiya ölkələrinə aid Cekson–Vanik düzəlişinin ləğvini nəzərdə tutan qanun layihəsini dəstəkləyir.
Bu barədə Crossmedia.az məlumat yayıb. onun sözlərinə görə bu addım region ölkələri ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək və ticarət-iqtisadi əlaqələri dərinləşdirmək imkanı yaradacaq.
Rubio qeyd edib ki, müvafiq qanun layihəsi artıq Konqresdə hazırlanıb. Cekson–Vanik düzəlişi 1974-cü ildə SSRİ-yə qarşı qəbul olunub və insan hüquqları pozuntuları və miqrasiya məhdudiyyətlərinə görə ticarət məhdudiyyətləri tətbiq edirdi. Sovet İttifaqının dağılmasından sonra düzəliş rəsmi olaraq MDB ölkələrinə də şamil edilib, lakin onların əksəriyyəti üçün məhdudiyyətlər sonradan yumşaldılıb.
Qərarın qəbul olunması ABŞ ilə Mərkəzi Asiya ölkələri arasındakı ticarət əlaqələrinin əhəmiyyətli dərəcədə asanlaşmasına şərait yaradacaq.
17:58 29.01.2026
Oxunuş sayı: 439