Türk dünyasının möhkəmləndirilməsi: Mirziyoyev rəsmi səfərlə Türkiyəyə gəldi
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev rəsmi səfərlə Türkiyəyə gəlib.
Crossmedia.az xəbər verir ki, Ankara “Esenboğa” hava limanında onu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan qarşılayıblar.
Səfər çərçivəsində liderlər Türkiyə–Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında iştirak edəcəklər. Gözlənilir ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində atılacaq addımlar ətraflı müzakirə olunacaq.
17:53 29.01.2026
Oxunuş sayı: 429