Putin BƏƏ-də rus universitetinin açılacağını açıqlayıb
29 yanvarda Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərində “Sirius” mərkəzinin himayəsi altında rus universitetinin açılacağını bildirib.
Crossmedia.az xəbər verir ki,Putin Əmirlik rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl-Nahayan ilə görüşündə bir sıra vacib açıqlamalar verib. O, Rusiya, ABŞ və Ukrayna arasında Abu-Dabidə keçirilən üçtərəfli danışıqların təşkilinə görə BƏƏ-yə təşəkkürünü bildirib.
Rusiya lideri həmçinin BƏƏ-nin ərəb dünyasında Rusiya üçün vacib ticarət tərəfdaşı olduğunu və iki ölkə arasındakı mal dövriyyəsinin davamlı artdığını vurğulayıb. Putinin sözlərinə görə, BƏƏ-ni ziyarət edən rusiyalı turistlərin sayı hər il artmaqdadır.
Daha sonra Putin BMT qərarına əsasən Fələstin dövlətinin yaradılmasının prinsipial məsələ olduğunu da qeyd edib.
17:50 29.01.2026
Oxunuş sayı: 517