Bu üç ölkə Vaşinqtonda toplaşdı
ABŞ Prezidenti Donald Tramp administrasiyası bu həftə Vaşinqtonda İsrail və Səudiyyə Ərəbistanı rəsmilərinin iştirakı ilə İrana qarşı mümkün hərbi addımlar və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Məlumata görə, İsrail və Səudiyyə Ərəbistanı nümayəndələri Tehrandan gələn təhdidlər fonunda kəşfiyyat məlumatlarının mübadiləsi və mümkün növbəti addımların koordinasiyası məqsədilə ABŞ-yə səfər ediblər.
Bildirilir ki, 27–28 yanvar tarixlərində İsrail Hərbi Kəşfiyyat İdarəsinin — AMAN — rəhbəri Şlomi Binder Vaşinqtonda Pentaqon, Mərkəzi Kəşfiyyat İdarəsi və Ağ Evin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirərək İranla bağlı kəşfiyyat məlumatlarını təqdim edib.
Eyni zamanda qeyd olunur ki, Səudiyyə Ərəbistanı mümkün müharibənin qarşısını almaq üçün diplomatik həll yollarını önə çıxarmağa çalışır. 29–30 yanvar tarixlərində vəliəhd şahzadə Məhəmməd bin Salman və krallığın müdafiə naziri Vaşinqtonda ABŞ rəsmiləri ilə görüşlər keçirməyi planlaşdırır.
Qeyd edək ki, İranla bağlı mümkün hərbi ssenarilər regionda gərginliyin artması fonunda beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmaqda davam edir.
17:43 29.01.2026
Oxunuş sayı: 421