Yaxın Şərqdə-Tehranda 29 yanvar tarixindən artan regional gərginlik fonunda İran Ordusu arsenalına 1000 yeni pilotsuz uçuş aparatı (PUA) daxil edib.
Crossmedia.az xəbər verir ki,bu barədə SEPAH-a bağlı “Tasnim News” agentliyi məlumat yayıb.
Məlumata görə, yeni dronlar ordunun strateji imkanlarını gücləndirmək və döyüş qabiliyyətini artırmaq məqsədilə ölkənin müxtəlif hərbi bölmələrinə paylanıb.
İran Ordusunun baş komandanı Əmir Hatəmi dronların istifadəsinin sürətli döyüş əməliyyatlarını həyata keçirmək və mümkün hücumlara qarşı dağıdıcı zərbələr endirmək qabiliyyətini artırmaq üçün vacib olduğunu bildirib.
Mütəxəssislər İranın dron ehtiyatını genişləndirməsini regionda hərbi balansı gücləndirmək və potensial təhdidlərə cavab vermək cəhdi kimi dəyərləndirir.