İsrail Müdafiə Qüvvələri ilk dəfə olaraq Qəzza zolağında İsrail ilə HƏMAS arasında davam edən müharibə zamanı təxminən 70 min nəfərin öldüyünü rəsmən təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri yazıb.
Eyni zamanda İsrail Müdafiə Qüvvələri ölənlər arasında mülki əhalinin nisbəti ilə bağlı Birləşmiş Millətlər Təşkilatının açıqladığı rəqəmlərlə razılaşmadığını bildirib. İsrail tərəfinin iddiasına görə, həlak olanların təxminən 25 min nəfəri HƏMAS yaraqlılarıdır.
İsrail ordusu mülki itkilərin “əzici əksəriyyət” təşkil etməsi ilə bağlı beynəlxalq qurumlar tərəfindən səsləndirilən iddiaları şişirdilmiş hesab edir və bu göstəricilərin real vəziyyəti tam əks etdirmədiyini vurğulayır.
Qeyd edək ki, Qəzza müharibəsində itkilərlə bağlı rəqəmlər beynəlxalq ictimaiyyətdə ciddi mübahisələrə səbəb olmaqda davam edir.