Qarabağ bəyanatı ölkəni silkələdi: Paşinyandan inqilab çağırışı
Ermənistanın baş naziri Nikol Paşinyan qondarma “Qarabağ hərəkatı”nın bağlanmalı olduğunu bir daha bəyan edib.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Baş nazir bildirib ki, bu məsələ Ermənistan üçün həmişəlik qapanmalıdır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanımağa razılaşıb və bu mövzu onun üçün artıq bağlıdır.
Qeyd edək ki, Paşinyanın bu açıqlaması Ermənistan cəmiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
15:42 29.01.2026
Oxunuş sayı: 573