Rusiya ordusu Mirnoqrad şəhərini ələ keçirdi
Rusiya Silahlı Qüvvələri Ukraynanın Mirnoqrad şəhərində nəzarəti tam şəkildə ələ keçirib.
Crossmedia.az bu barədə Ukrayna mediasına istinadən xəbər verir.
Rusiya Silahlı Qüvvələri artıq şəhər ərazisində artilleriya mövqeləri, komanda qərargahları və komendantlıq yaradıb. Bildirilir ki, bu addımlar şəhərin hərbi-idarəetmə baxımından möhkəmləndirilməsinə yönəlib.
Məlumatda qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri Mirnoqradın şimal hissəsində mövqelərini saxlamağa və Rusiya bölmələrinin irəliləməsini bloklamağa çalışır. Lakin Rusiya tərəfinin intensiv artilleriya və canlı qüvvə təzyiqi səbəbindən Ukrayna qüvvələrinin manevr imkanları məhdudlaşır.
Ukrayna mənbələri bildirir ki, hazırda şəhər ətrafında döyüşlər davam edir və vəziyyət gərgin olaraq qalır.
14:33 29.01.2026
Oxunuş sayı: 458