İran XİN: ABŞ-a cavabımız qətiyyətli olacaq
İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, hazırda ABŞ ilə birbaşa danışıqlar aparılmır və tərəflər yalnız dolayı yolla mesaj mübadiləsi həyata keçirir.
Crossmedia.az xəbərin yaydığı məlumata görə, Qəribabadi vurğulayıb:
“Əgər ABŞ danışıqlar apardığını iddia edirsə, əvvəlcə təhdid siyasətindən əl çəkməlidir, çünki danışıqların nəticəsi əvvəlcədən müəyyən edilməyəcək.”
O, Tehranın ABŞ və İsraillə münaqişənin üçüncü fazasına daxil olduğunu qeyd edib. Nazir müavini ilk iki fazanı keçən yay İsraillə baş verən 12 günlük müharibə və dekabrın sonundan İran ərazisində davam edən kütləvi etirazlarla izah edib.
Qəribabadi əlavə edib:
“Onlar taktikalarını dəyişiblər, ancaq əvvəlki fazalarda olduğu kimi bu mərhələdə də məğlub olacaqlar. İran hər hansı təcavüzə qarşı qətiyyətli cavab verəcək.”
14:16 29.01.2026
Oxunuş sayı: 368