ABŞ: İranın siyasi sistemi mürəkkəbdir, dəyişiklik asan olmayacaq
ABŞ Dövlət katibi Marko Rubio İranda rejim dəyişikliyi baş verərsə, ölkədə nələrin olacağını proqnozlaşdırmağın çətin olduğunu bildirib.
Crossmedia.az-ın yaydığı məlumata görə , Rubio vurğulayıb ki, İranın siyasi sistemi ali rəhbər və ona birbaşa tabe olan SEPAH üzərində mərkəzləşib. Ölkədə televiziya kanallarında görünən və yalnız simvolik rol oynayan şəxslər də mövcuddur, lakin real güc onlara aid deyil.
Onun sözlərinə görə, ali rəhbər və rejim süqut edərsə, “heç kim İranda bundan sonra nə baş verəcəyini sadə şəkildə izah edə bilməz”. Rubio əlavə edib ki, bu vəziyyət Venesueladakı vəziyyətdən də mürəkkəb olacaq, çünki İran uzun müddət davam edən spesifik siyasi sistemə malikdir.
Dövlət katibi qeyd edib ki, belə bir ehtimal reallaşarsa, ABŞ və beynəlxalq ictimaiyyət çox diqqətlə və ağıllı şəkildə hərəkət etməlidir.
14:12 29.01.2026
Oxunuş sayı: 454