ABŞ-ı bürüyən güclü qar fırtınası nəticəsində 73 nəfər həyatını itirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, fırtına bir neçə ştatda yolları bağlayıb, elektrik xətlərini sıradan çıxarıb və nəqliyyatın hərəkətini iflic edib.
Rəsmilər xəbərdarlıq edib ki, fırtınanın təsiri hələ tam aradan qaldırılmayıb və vətəndaşların hərəkət zamanı diqqətli olmaları vacibdir. Hadisə nəticəsində yaralananlar və xəsarət alanların sayı dəqiq müəyyən olunub. Qış fırtınası ABŞ-ın şimal və mərkəzi bölgələrində yaşayış və nəqliyyat sisteminə ciddi zərbə vurub.