Əhməd Əl Şaraanın Moskva səfəri diqqət mərkəzində: yeni hərbi və iqtisadi razılaşmalar gözlənilir
Suriyanın xarici siyasətində mühüm mərhələ hesab edilən Əhməd Əl Şaraanın bu dəfəki Moskva səfəri əvvəlkilərdən fərqli və strateji xarakter daşıyır. Qərbin Avropa qanadından və ABŞ-ın mühafizəkar siyasi dairələrindən gələn təzyiqlər fonunda Dəməşq Moskva ilə münasibətlərdə balans siyasəti formalaşdırmağa çalışır.
Crossmedia.az-ın əlumatına görə, Suriya tərəfi Rusiyadan silah və hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükündə maraqlıdır. Danışıqlar zamanı hərbi-texniki əməkdaşlığın genişləndirilməsi əsas gündəm mövzularından biri olacaq.
Eyni zamanda, Rusiya ilə Suriya arasında iqtisadi əməkdaşlığa dair yeni sazişin imzalanması, həmçinin ölkə ərazisində yerləşən Rusiya hərbi bazalarının statusu ilə bağlı ilk rəsmi anlaşmanın əldə olunacağı gözlənilir.
Ekspertlər hesab edirlər ki, bu səfər Moskva–Dəməşq münasibətlərində yeni mərhələnin başlanğıcı ola və regiondakı geosiyasi balanslara birbaşa təsir göstərə bilər.
13:25 28.01.2026
Oxunuş sayı: 493