Türkiyə kəşfiyyatı İranın casus şəbəkəsini ifşa edib
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və polis qüvvələri birgə əməliyyat nəticəsində İran kəşfiyyatının maraqlarına xidmət edən hücrəni zərərsizləşdiriblər.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat çərçivəsində altı şübhəli şəxs saxlanılıb.
Məlumata görə, hücrəyə iranlı kəşfiyyat əməkdaşları Nəcəf Rostami (ləqəbi “Hacı”) və Mehdi Yekeh Dehqan (ləqəbi “Doktor”) rəhbərlik ediblər. Onlar əməliyyatların planlaşdırılması ilə məşğul olub, o cümlədən İncirlik aviabazasının kəşfiyyatının aparılması və sui-qəsdlər həyata keçirmək üçün qrupun formalaşdırılması istiqamətində fəaliyyət göstəriblər.
Turqut Ansari
13:24 28.01.2026
Oxunuş sayı: 721